“Virusa meydan oxuyaq!” – Fləşmob + Videobackend

“Virusa meydan oxuyaq!” – Fləşmob + Video

KONKRET.az xəbər verir ki, İTV-də maraqlı virtual fləşmoba start verilib.  

Kanalın “Xəbərlər” proqramının aparıcısı Jalə Həsənli dünyada yayılmış koronavirus pandemiyasına qarşı pozitiv olmaq və qarşıdan gələn Novruz bayramını yüksək əhval-ruhiyyədə qarşılamaq üçün virusa meydan oxumağı təklif edib.

İlk olaraq özü Tünzalə Ağayevanın repertuarından “Bu gün hər şey yaxşı olacaq” mahnısını səsləndirən diktor xanım estafeti digər dörd həmkarına ötürüb.

O, ARB TV-dən Anar Nəcəfli, ATV-dən Lalə Azərtaş, “Xəzər” TV-dən Xanım Yadigarlı və REAL TV-dən Səbinə Ağayevanı #virusameydanoxuyaq haştaqı ilə kampaniyaya qoşulmağa çağırıb.

  • İlmi
    Mart 17, 2020 - 20:38

    Şarki

  • Nazim
    Mart 17, 2020 - 20:39

    İyi

  • Nazim
    Mart 17, 2020 - 20:42

    Pis

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*