Virusların “doğulması” ilk dəfə videoda qeydə alındıbackend

Virusların "doğulması" ilk dəfə videoda qeydə alındı

Tədqiqatçılar əvvəlcə real vaxtda fərdi virusların meydana gəlməsini qeydə alıblar və onların yığılma kinetikasına baxıblar.

Bu gün alimlər bir zülaldakı hər atoma qədər virusların quruluşunu deşifrə edə bilirlər. Bununla birlikdə, bioloqlar virusların ayrı-ayrı hissələrinin vahid bir bədənə yığılması prosesindən hələ də az məlumatlıdırlar. Con Paulson adına Harvard Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin alimləri bu sahədə böyük kəşf ediblər. Onlar təhlükəli, lakin çox maraqlı orqanizmlərin dünyaya gəlməsini real vaxtda izləməyə imkan verən bir üsul yaradıblar.

Alimlər öz işlərində təkzəncirli RNT viruslarına, yəni yer üzündə virusların ən çox yayılmış növünə diqqət yetiriblər. İnsanlarda RNT virusları əsasəb Qərbi Nil atəşi, qastroenterit, əllərin, ayaqların və ağız boşluğunun xəstəlikləri, poliomielit və soyuqdəymə üçün məsuliyyət daşıyırlar. Bu viruslar, ümumiyyətlə, çox sadədirlər.

Tədqiqatçılar E. coli bakteriyalarını yoluxduran bir virusu araşdırıblar. Virusun diametri 30 nanometrdir və təxminən 3,600 nukleotid və 180 eyni zülal olan bir RNT parçasından ibarətdir. Zülallar altıbucaqlı və beşbucaqlı sıraya düzülərək RNT ətrafında Kapsid adlanan futbol topuna bənzər bir quruluş meydana gətirirlər. Zülallar bu formaya necə düzülürlər? Uzun müddət bu anlaşılmaz olaraq qalırdı. İndiyə qədər heç kim real vaxtda virus yığımını müşahidə edə bilməmişdi, çünki həm başlanğıc materiallar, həm də yekun məhsullar çox balacadırlar, onların aralarındakı qarşılıqlı əlaqə də çox zəifdir.

Virusları müşahidə etmək üçün tədqiqatçılar interferometrik səpələnmə mikroskopiyası kimi tanınan bir optik metoddan istifadə ediblər ki, bu da bir cisimdən səpələnmiş işığın içərisində qaranlıq bir nöqtə yaradır. Bu üsul virusun quruluşunu aşkar etmir, ancaq qılafın ölçüsünü və zamanla dəyişməsini göstərir.

Tədqiqatçılar çiçək sapı kimi RNT viruslarının iplərini substrata bağlayıblar və zülalları səth üzərində axmağa məcbur ediblər. Sonra bir interferometrik mikroskopdan istifadə edərək qaranlıq ləkələrin necə peyda olduğunu, tam yetişən virusların ölçüsünə çatana qədər tədricən tündləşdiklərini müşahidə ediblər. Bu böyüyən ləkələrin intensivliyini qeyd edərək tədqiqatçılar zamanla hər RNT ipinə neçə zülalın qoşulduğunu müəyyən edə biliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*