Azərbaycan rəsmilərinə Laçında təhvil veriləcək evlər göstərildi – Erməni KİV – VİDEObackend

Azərbaycan rəsmilərinə Laçında təhvil veriləcək evlər göstərildi - Erməni KİV - VİDEO

Vitali Balasanyan Azərbaycan rəsmiləri ilə birlikdə Laçına səfər edib.

KONKRET.az xəbər verir ki, bu barədə Laçın sakini Satik Asatryan aravot.am saytına müsahibəsində bildirib. Məlumatda bildirilir ki, Qarabağda separatçıların liderlərindən biri olan Vitali Balasanyan dünən Azərbaycan rəsmiləri ilə birlikdə Laçına səfər edib. O, yaxın günlərdə azərbaycanlılara təhvil veriləcək evləri göstərib.

Sayt yazır ki, Satikin sözlərinə görə, Laçın sakinləri kəndin mərkəzinə toplaşıblar və birdən Vitali Balasanyanın azərbaycanlı generallarla gəzdiyini görüblər.

“Üstəlik, o, türklərlə ilk dəfə deyil ki, sakit gəzir. Biz onu Şuşanın postlarında da görürdük, onlarla necə şirin danışırdı. Azərbaycanlılar isə artıq bizim evlərimizə baxırlar. Vitali onlara göstərdi və əmin etdi ki, heç kim evi yandırmayacaq, dağıtmayacaq, hər şey qaydasındadır. Başa düşmürəm, siz dövlətimizi təmsil edirsiniz?

Bizim çox cəsur bir qadın Vitaliyə yaxınlaşıb dedi: sən nəinki bizim bütün torpaqlarımızı satmısan, həm də camaata heç bir ziyan vurmamağı tapşırmısan, nəyə görə? İnsanlar illərlə burada yaşadılar, yaratdılar və siz deyirsiniz: qapıları açarla bağlayın, azərbaycanlılara təhvil verin. Bizi Laçınla bir yerdə satdınız? Vitali təəccüblə bizə baxdı, sonra maşına minib uzaqlaşdılar. Bunu etmək mümkündürmü?”, – deyə Asatryan şikayətlənib.

Biz bu məlumatı Vitali Balasanyanın özündən öyrənməyə çalışdıq, lakin o, bizim telefon zənglərimizə, eləcə də yazılı müraciətimizə cavab vermədi”, – sayt qeyd edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*