Vladimir Delba: “Dövlət işçilərinə maaş vermək üçün vəsait yoxdur”backend

Vladimir Delba: “Dövlət işçilərinə maaş vermək üçün vəsait yoxdur”

“Abxaziyada dövlət işçilərinə, o cümlədən təhlükəsizlik qüvvələrinə maaş vermək üçün vəsait yoxdur”

KONKRET.az xəbər verir ki, bu sözləri qondarma dövlətin Maliyyə Nazirliyinin rəhbəri Vladimir Delba bildirib.

Onun sözlərinə görə, dövlət büdcəsindən bütün vəsaitlər Rusiya Federasiyasından alınan elektrik enerjisinin ödənilməsinə sərf olunur.

Qeyd edək ki, Rusiya Abxaziyaya maliyyə və iqtisadi yardımı sentyabrın 1-də respublikanın iki ölkə qanunvericiliyinin uyğunlaşdırılması çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən dayandırıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*