Putin “xüsusi əməliyyat”ın statusunun dəyişdirilməsilə bağlı xalqa MÜRACİƏT EDƏCƏKbackend

Putin "xüsusi əməliyyat"ın statusunun dəyişdirilməsilə bağlı xalqa MÜRACİƏT EDƏCƏK

Vladimir Putin bu gün xüsusi əməliyyatın statusunu dəyişdirilməsi ilə bağlı xalqa müraciət edə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın “Readovka” nəşri mənbələrə istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, Putin bu gün xalqa yeni müraciət edə bilər. Nəşrin mənbəsinin sözlərinə görə, söhbət xüsusi əməliyyatın statusunun dəyişməsindən gedir.

Təhlükəsizlik Şurasının katibi Patruşev deyib ki, Krımda terror təhdidlərinin səviyyəsi artdığı üçün orada təhlükəsizlik boşluqları dərhal aradan qaldırılmalıdır.

Krım rəhbəri Sergey Aksyonov da öz növbəsində bildirib ki, yeni regionlar Rusiyaya daxil olduqdan sonra orada antiterror əməliyyatı aparılacaq.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*