Vladimir Putin Rusiyada gələn həftəni qeyri-iş həftəsi elan etdibackend

Vladimir Putin Rusiyada gələn həftəni qeyri-iş həftəsi elan etdi

Rusiya Prezidenti Vladimir Putin koronavirus təhlükəsi ilə bağlı xalqa müraciət edib.

KONKRET.az– ın verdiyi məlumata görə, Rusiya Prezidenti koronavirus epidemiyasının yayılmasına görə gələn həftəni qeyri-iş həftəsi elan edib. Dövlət başçısı gələn həftə qeyri-iş həftəsi olmasına baxmayaraq insanların məvaciblərinin saxlanılacağını söyləyib.

Putin ölkə əhalisini diqqətli olmağa, həkimlərin və hökumətin tövsiyələrinə əməl etməyə çağırıb: “Bizimlə sərhəd olan ölkələrdə koronavirus epidemiyası yayılıb. Ona görə də, insanlarımız diqqətli olmalıdırlar. Hökumətin göstərişlərinə ciddi riayət etməlidirlər. Bütün bu göstərişlər sizin sağlamlığınız üçündür. Üzümüzə gələn həftəni qeyri iş həftəsi elan edirik. Sizi evdə qalmağa çağırırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*