Vladimir Solovyov gülləbarana tuş gəlib.
KONKRET.az xəbər veruir ki, bu barədə rusiyalı təbliğatçı və aparıcı “Rossiya 1” telekanalında Primoryedə yayımlanan bazar günü verilişinin efirində danışıb.
O, RF Silahlı Qüvvələrinin 155-ci dəniz piyada briqadasının “DXR”in Uqledar yaxınlığında yerləşdiyi yerə baş çəkərkən atəşə tutulduğunu bildirib.
“Görüşümüzün keçirildiyi qəsəbədə intensiv artilleriya atəşi başladı. Amma hər şey yaxşı qurtardı. Düşünürəm ki, hərbi əks-kəşfiyyat düşmənin bizim yerimizi necə öyrəndiyini anladacaq”, – deyə Solovyov bildirib.
Xuraman Etibarlı,
KONKRET.az