Vladimir Zelenski Gürcüstana qarşı sanksiya tətbiq etdibackend

Vladimir Zelenski Gürcüstana qarşı sanksiya tətbiq etdi

Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar haqqında fərman imzalayıb.

KONKRET.az xəbər verir ki, Ukraynanın sanksiya siyahısına Gürcüstanın baş naziri İrakli Kobaxidze, “Gürcü arzusu”nun yaradıcısı İvanişvili, Tbilisi meri Kaxa Kaladze və  digərləri daxildir. Zelenski bildirib ki, bu, Gürcüstanın Putinə təhvil verdiyi hissəsinə qarşı sanksiyalardır: “Bu regionda heç nə itirilə bilməz. Gürcüstan, Moldova və  Ukrayna Moskvaya qarşı birlikdə mübarizə aparmalıdır.  Biz Avropanı, Amerikanı və bütün dünya ölkələrini eyni şəkildə hərəkət etməyə, prinsipial addım atmağa  çağırırıq”, – deyə Zelenski bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*