Vladiqafqaz hava limanı bağlandıbackend

Vladiqafqaz hava limanı bağlandı

Ukrayna Rusiyaya  “PUA” hücumunu davam etdirir.

KONKRET.az xəbər verir ki, bu dəfə “PUA” hücumu ilə bağlı Vladiqafqaz hava limanı təyyarələrin qəbulunu dayandırıb. Bu barədə  Şimali Osetiyanın rəhbəri Sergey Menyailo özünün “Telegram” kanalında yazıb. Onun sözlərinə görə, Vladiqafqaz  üzərində “Xalça” rejimi tətbiq edilib: “Əməliyyat qərargahı gecə-gündüz işini davam etdirir. Bütün qüvvələr və vasitələr yüksək hazırlıq rejiminə keçirilib”.

Bundan əvvəl Voronej vilayətinin Liskinski rayonunda UAF pilotsuz uçan aparatlarının hücumundan sonra neft anbarının yandığı yerdə fövqəladə vəziyyət elan edilmişdi .

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*