“Volkswagen” bu modelin buraxılışını DAYANDIRIRbackend

Volkswagen” bu modelin buraxılışını DAYANDIRIR

Almaniyanın “Volkswagen Group” konserni “Golf” modelinin istehsalını dayandırmağı və əvəzinə yeni avtomobil təqdim etməyi planlaşdırır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Volkswagen” minik avtomobilləri bölməsinin rəhbəri Tomas Şefer məlumat verib.

Onun sözlərinə görə, 2024-cü ildə indiki “Volkswagen Golf” yenilənəcək, 2028-ci ildə isə model brend xəttini tərk edərək mövcudluğunu dayandıracaq.

Qeyd olunub ki, “Golf” əvəzinə “Volkswagen” yeni model buraxmağı planlaşdırır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*