Volkswagen zavodunda istehsal yenidən başlayacaq – Rusiyadabackend

Volkswagen zavodunda istehsal yenidən başlayacaq - Rusiyada

Rusiyanın Kaluqa şəhərində keçmiş Volkswagen zavodunda istehsal yenidən bərpa ediləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Art-Finance şirkəti məlumat yayıb.

Məlumatda deyilir ki, şirkət xarici sənaye tərəfdaşı tapıb və müəssisəni 2024-cü ilin birinci rübündə işə salmaq niyyətindədir.

Rusiyanın Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov bildirib ki, 2023-cü ilin may ayında alman avtomobil istehsalçısı Volkswagen Rusiyadakı aktivlərini Art-Finance-ə 125 milyon avroya satıb. Kaluqadakı Qrabtsevo sənaye parkında yerləşən avtomobil zavodu ildə 225 min avtomobil istehsal gücünə malikdir və 2022-ci ilin yazına qədər bu zavodda Volkswagen Polo, Volkswagen Tiguan və Skoda Rapid avtomobilləri istehsal olunub.

Qeyd edək ki, 2023-cü il dekabrın 19-da Rusiya Federasiyasında xarici investisiyalara nəzarət üzrə hökumət komissiyasının alt komitəsi Sankt-Peterburqdakı Hyunday Motor Manufacturing Rus zavodunun Art-Finance MMC-yə satılmasını təsdiqləyib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*