Volodimir Zelenski Azərbaycana təşəkkür etdibackend

Volodimir Zelenski Azərbaycana təşəkkür etdi

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə göstərilən dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna lideri “X” sosial şəbəkəsində paylaşım edib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Müstəqillik Günü münasibətilə təbriklərini, eləcə də Ukraynaya və Ukrayna xalqına olan ehtiramını yüksək qiymətləndirir.

“Hörmətli Prezident, Ukrayna və Azərbaycan hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyiblər. Biz humanitar və digər yardımlara görə dost Azərbaycana səmimi minnətdarıq. Xalqlarımızın rifahı naminə strateji tərəfdaşlığımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirik”, – Zelenski vurğulayıb.

 

Natiq Səlim, 
KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*