“Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların tamamilə dayandırılması barədə razılaşmaları 2020-ci ilin ən əlamətdar hadisələrindən biridir. Bu anlaşma faciələrin qarşısını almağa, qan tökülməsini dayandırmağa və insan həyatını xilas etməyə imkan yaratdı”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin səsləndirib. Spiker əlavə edib ki, “Münaqişəyə vaxtında müdaxilə edilməsəydi, daha çox insan ölə bilərdi, faciə çox ciddi olardı. Ona görə də Dağlıq Qarabağdakı atəşkəs anlaşması başa vurmaqda olduğumuz ilin ən əlamətdar hadisələrindən biridir”.
KONKRET.az