“VOROVSKOY” sülhməramlılarla “ARSAX” özbaşınalığı DAVAM edir – ŞƏRH – VİDEObackend

"VOROVSKOY" sülhməramlılarla "ARSAX" özbaşınalığı DAVAM edir - ŞƏRH - VİDEO

Azərbaycan televiziyalarında maraqlı görüntü yayılıb. Belə ki, söhbət yerli jurnalistlərin Qarabağdakı sülhməramlılarla dialoqundan gedir:

Sülhməramlı: Siz kamera ilə dayanmısınız, bəs kamera olmasa, kimsiniz?

Jurnalist: Həmin adamam.

Sülhməramlı: Kamerasız belə danışa bilməyəcəksiniz.

Jurnalist: O formalı adamlar niyə gəlib?

Sülhməramlı: Onlar polisdirlər.

Jurnalist: Haranın polisidirlər?

Sülhməramlı: Xankəndi.

Jurnalist: Onların bura gəlmək hüququ yoxdur. Bu tanınmamış rejimdir. Bizim torpaqlardır.

Sülhməramlı: Bu siyasi məsələdir.

KONKRET.az olaraq jurnalistlərin belə bir dialoqa cəhd və təşəbbüsünü alqışlayırıq. Təsəvvür edin ki, terrorçu rejimin girişindəsiniz və əli silahlı sülhməramlı, həmçinin Arayik polisləri dayanan yerdə Azərbaycanın haqlı maraqlarını müdafiə edirsiniz. Əlbəttə ki, bu, hər bir azərbaycanlının vətəndaşlıq borcudur, amma cəsarət də tələb edir.

Əslində isə xüsusi şücaətə ehtiyac yoxdur. Çünki Azərbaycan ərazisində azərbaycanlıların suverenlik tərəddüdü yersizdir. Əfsus ki, yuxarıda qeyd olunan jurnalist-sülhməramlı dialoqunu ekstremal şəraitdə jurnalistikaya aid etməliyik. Belə ki, mövcud reallıqlar Azərbaycanın sülhməramlı zonasını təhlükəli edib. Jurnalistlərin rus zabiti ilə müzakirə zamanı dilinin dolaşması, yaxud hansısa qanuni xatırlatmanı cilalanmamış formada etməsi, bəlkə də bununla bağlıdır. Düzü, rus dilinin zəif olması da təsirsiz ötüşməyib. Amma öz vətənimizdə rusca danışmağa məcbur deyilik. Həm də belə səfərlərdən öncə qələm əhli xüsusi tapşırıqlar alır. Onsuz da, sülhməramlılar da hər şeyi çəkməyə, soruşmağa qoymurlar. Bununla belə, sülhməramlıların mandata yox, “miatsum”a uyğun çalışdıqlarını isbatlayan dəlil kimi görüntü və intervülər var.

• Videoya baxanlar diqqət etdilərsə, sülhməramlılar “vorovskoy” tərzdə danışır. Sanki dədəsindən qalma torpaqdır və özünü ağa kimi aparır. Azərbaycanlı jurnalistə “kameranız olmasa, belə danışa bilməyəcəkdiniz” hədəsini edənə demək lazım idi ki, guya sən avtomatsız olsan, nə qələt edəcəkdin?

• Azərbaycanlı jurnalistin separatçı rejimin polisləri ilə bağlı sualı da cavabı kimi maraqlı oldu. Əvvəlcə qeyd edək ki, sülhməramlı zabit Volkovun toponim yalanına görə artistlik edib Xankəndiyə elə Xankəndi deyib. Yəni Stepanı kürt salmayıb. Lakin ondan əvvəl müsahibə zamanı “Dağlıq Qarabağ” ifadəsini işlədib.

Həmin sülhməramlı separatçı “polis” və qondarma rejim söhbətini “bu siyasi məsələdir” mızıldamaqla fırlatdı. Əslində isə bu, siyasi məsələ yox, onların vəzifə borcudur.

Qondarma rejim təmsilçiləri, “arsax polis”ləri də Azərbaycan jurnalistlərinin obyektivindən gizlənmədilər. Heç buna ehtiyac da duymadılar. Yəni ermənilərin Qarabağ özbaşınalığın arxasında rus sülhməramlılar dayanıb.

Videoya baxdıqca, bu, daha aşkar sezilir:

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*