KONKRET.az xəbər verir ki, Vuçiç deyib:
“Moskva “Serbiya Neft Sənayesi” (NIS) şirkətindəki payını 15 yanvar 2026-cı ilədək satmalıdır. Əks halda, Belqrad şirkətin gələcəyini özü həll edəcəyini bildirib. Əgər bu tarixə qədər ərəb, macar, britaniyalı və ya amerikalı investorlarla müqavilə imzalanmasa, bu, onların qərarı olacaq.”
Daha əvvəl Vuçiç ABŞ-a “Serbiya Neft Sənayesi”nə qarşı 9 oktyabr tarixində tətbiq edilən sanksiyaların dayandırılması üçün göndərilən müraciətə cavab gəlmədiyini bildirib. Hökumətin təklif etdiyi plana əsasən, şirkətin 56,15% payına sahib olan “Qazprom” və “Qazprom Neft”ə 50 gün müddət verilib ki, paylarını satmaq üçün alıcı tapsınlar.
Müşviq Tofiqoğlu
KONKRET.az
