Vüsal Eynullayev Romada Ciu-Citsu üzrə çempion oldubackend

Vüsal Eynullayev Romada Ciu-Citsu üzrə çempion oldu

Azərbaycan idmançısı Vüsal Eynullayev 2025-ci ildə İtaliyanın paytaxtı Romada keçirilən Avropa Ciu-Citsu Çempionatında möhtəşəm nəticə göstərib.

KONKRET.az xəbər verir ki, 79.5 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ardıcıl olaraq İtaliya, Fransa və Rusiya təmsilçilərini məğlub edərək öz divizionunun çempionu adını qazanıb.Vüsal Eynullayev turnirdə sərgilədiyi yüksək peşəkarlıq, döyüş taktikasında dəqiqlik və iradə ilə fərqlənmişdir.

Vüsal Eynullayev uzun illərdir döyüş idman növləri ilə məşğuldur və bu nailiyyəti ilə Azərbaycan Ciu-Citsu məktəbinin inkişafına öz töhfəsini verib. Həmçinin idmançımız  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisinin müşaviri vəzifəsində çalışır.

Avropa Ciu-Citsu Çempionatı hər il müxtəlif Avropa ölkələrində keçirilir və qitənin ən güclü idmançılarının iştirakı ilə baş tutur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*