“WhatsApp” çökdübackend

"WhatsApp" çökdü

“WhatsApp” mesajlaşma proqramında nasazlıq yaranıb.

KONKRET.az-ın məlumatına görə, bunu “Downdetector” xidmətinin məlumatları sübut edir.

Nasazlıqlar təxminən Bakı vaxtı ilə 19:30-da qeydə alınıb. Xidmətin məlumatlarına görə, bu zaman daxil olan şikayətlərin sayı 1 300-ü keçib.

“Downdetector” istifadəçilərinin yarıdan çoxu (52%) mesaj göndərməkdə çətinliklərdən şikayətlənib, 37% isə serverə qoşulma problemlərindən bəhs edib. 11% isə tətbiqdə nasazlıqlar olduğunu bildirib.

Problemlər Rusiya, ABŞ, Almaniya, Yaponiya, Kanada, Cənubi Afrika Respublikası və digər ölkələrdə müşahidə olunub. “Meta”nın digər xidmətlərində isə heç bir nasazlıq qeydə alınmayıb.//Oxu.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*