“Whatsapp” sosial platforması istifadəçilər üçün yeni funksiya təqdim edir.
KONKRET.az xəbər verir ki, həmin funsiya ilə bağlı məlumatı “Whatsapp” platformasının rəhbəri Mark Zukerberq “Facebook” hesabında verib.
Yeni funksiya vasitəsi ilə mesajları kilidləmək və onlara parollar qoymaq mümkün olacaq.
Bu istifadəçilər arasında olan söhbətləri daha məxfi edəcək.
Həmçinin, kilidlənmiş mesajlarda bildirişlər görünməyəcək.