“WhatsApp” daha bir maraqlı funksiya barədə elan edib. Belə ki, “Android” proqramında bundan sonra çatları filtrdən keçirmək mümkün olacaq.
KONKRET.az xəbər verir ki, yeniləmədən sonra çat siyahısının yuxarısında üç filtr – oxunmamış mesajlar, şəxsi və iş söhbətləri üçün olacaq.
Bu, istifadəçilərin vacib söhbətləri tapmasını və onlara daxil olmasını asanlaşdıracaq.
Çat filtrləməsi gələcək yeniləmədə bütün istifadəçilər üçün əlçatan olacaq.