“WhatsApp”ın “Windows” tətbiqində bütün digər versiyalarında mövcud olan çat vasitəsilə dəstək almaq funksiyası aktivləşdirilib.
KONKRET.az Trend-ə istinadən xəbər verir ki, “WhatsApp” ilə bağlı hər hansı problemlə qarşılaşdıqda, tətbiqin aşağı sol küncündəki Parametrlər bölməsinə klikləmək lazımdır. Açılan pəncərədə “Yardım> Bizimlə əlaqə saxlayın” qeyd olunub. Görünən pəncərədə “Biz sizə necə kömək edə bilərik?” bölməsində probleminizi təsvir edin. Cihazınızın məlumatını hesabatınıza əlavə etmək faydalı ola bilər, xüsusən də texniki problemlərlə üzləşirsinizsə .
Bu addımlardan sonra “Göndər” düyməsini sıxın. Beləliklə, “WhatsApp” sizin üçün şəxsi söhbət yaradacaq. Probleminizi həll etmək üçün bu çat vasitəsilə canlı dəstək ala bilərsiniz.