WhatsApp-ın Android və iOS sistemlərindəki beta versiyaları Telegram messencerində olduğu kimi 60 saniyəlik video mesajlar yazmaq və göndərmək imkanına malikdir.
KONKRET.az xəbər verir ki, yeni funksiya Telegram-da olduğu kimi işləyir: söhbətin daxilində mikrofon düyməsini sıxdıqda rejim səsli mesajdan video mesaja dəyişir.
Video mesaja baxmaq üçün videonun üzərinə klikləməklə onu böyütməlisiniz. Amma bu, WhatsApp-ın dəstəklənən versiyasında mümkündür.
Qeyd edək ki, video mesajlar şifrələndiyi üçün onu alan tərəf bu mesajı digər istifadəçilərə yönləndirə bilmir.
Yeniliyin “WhatsApp”ın digər versiyalarında nə vaxt tətbiq ediləcəyi hələ məlum deyil.
Xatırladaq ki, “WhatsApp” bu yaxınlarda proqramdan çıxmadan insanlar və təşkilatlar haqqında vacib xəbərləri izləmək üçün sadə, etibarlı və özəl üsul olan yeni funksiyanı təqdim edib. Həmçinin bu yaxınlarda HD keyfiyyətində fotoşəkillər göndərmək, özünüz üçün yeni adlar yaratmaq mümkün olub ki, bu da telefon nömrəsi olmayan kontaktın axtarışını asanlaşdırmağa, parol və ya biometrik məlumatlarla şəxsi yazışmaları qorumağa kömək edəcək.
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az