KONKRET.az xəbər verir ki, populyar ucuz hava yolu şirkəti artıq Ermənistan bazarına çıxır. “Wizz Air” 2020-ci ilin aprel ayından etibarən İrəvandan uçuşlara başlayacaq. Bunu jurnalistlərlə görüşdə “Wizz Air”in rəhbəri Andras Rado söyləyib.
“Aprel ayında Vyana və Vilnüsə uçmağa başlayırıq. Bu istiqamətlərdə uçuşlar həftədə iki dəfə olacaq. Qiymətlər 24.99 avrodan başlayaraq olduqca aşağı olacaq. Arzu edənlər artıq bilet sifariş edə bilər. Burada olduğumuz üçün şadıq, ümid edirəm ki, bu gözəl bir əməkdaşlığın başlanğıcıdır”, – deyə Andras Rado bildirib.
Biletlər yalnız onlayn satılacaq. Yəni turizm agentliklərindən bilet alışı olmayacaq. Andras Rado qeyd edib ki, sərnişin istifadə etmək istədiyi xidmətlərə əlavə olaraq pul ödəyəcək: yemək, baqaj və s.
Şirkət rəhbəri qeyd edib ki, “Wizz Air” ultra büdcəli biznes modelinin təşkilatıdır. Bu, əməliyyatın olduqca aşağı qiymətə aparılması deməkdir. Şirkət kifayət qədər yeni, müasir təyyarələrə malikdir və bu da hava yolu şirkəti üçün çox vacibdir.
Son 15-16 il ərzində aviaşirkət 235 milyon sərnişinə xidmət göstərib. Hazırda şirkətin 120 təyyarəsi var və yaxın gələcəkdə onları 300-ə çatdırmağı planlaşdırır. Şirkət İrəvan da daxil olmaqla dünyanın 153 hava limanı ilə işləyir.
“Ermənistan Beynəlxalq Hava Limanları” şirkətinin direktoru Marcelo Wende büdcə aviaşirkətinin Ermənistan bazarına daxil olmasını alqışlayıb və bunun çox vacib olduğunu vurğulayıb: “Wizz Air” gələcəkdə müxtəlif istiqamətlərə uçuşlar həyata keçirmək imkanına sahibdir, əminəm ki, bu, Ermənistan bazarı üçün yaxşıdır. Bu istiqamətdə fəal işləməyi bacaran Mülki Aviasiya Komitəsinə təşəkkür edirəm”.
Avropanın digər ucuz hava yolları “Ryanair” də Ermənistanın aviasiya bazarına girdiyini elan edib. İrlandiya aviaşirkəti yanvarın 14-də ilk uçuşunu İrəvanı Roma və Milan ilə birləşdirəcək və martın sonundan Berlin fəaliyyətə başlayacaq, Gümridən Almaniyanın Memingen şəhərinə uçuşlar martın sonundan başlayacaq.