Biznesmen Elon Mask sahibi olduğu “X” platformasında məzmun moderasiyası standartlarını dəstəklədiyini bildirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə milyarder CNN-nin keçmiş aparıcısı Don Lemona müsahibəsində bildiribş
“Antisemit və irqçi yazıların niyə silinmədiyi” barədə suala Mask “Yəni senzuranı sevdiyini demək istəyirsən?” cavabını verib.
O əlavə edib ki, yalnız qanunu pozan mesajlar silinir.
Qeyd edək ki, noyabr ayında “Walt Disney”, “Warner Bros. Discovery”, “Paramount”, “Sony Pictures”, “Apple” və digər böyük şirkətlər Maskın antisemit tvitinə görə X reklamlarından imtina ediblər.
Xatirə SADİQ,
KONKRET.az