X sosial şəbəkəsində qlobal fasilə yaranıbbackend

X sosial şəbəkəsində qlobal fasilə yaranıb

Dünyanın hər yerindən istifadəçilər X sosial şəbəkəsində (keçmiş Twitter) nasazlıq barədə məlumat veriblər.

KONKRET.az xəbər verir ki, bunu bütün dünyada resurslara çıxışla bağlı problemləri izləyən Downdetector xidmətinin məlumatları təsdiq edir.

Portalın məlumatına görə, sosial şəbəkədə problemlər Bakı vaxtı ilə saat 9:26 radələrində başlayıb. Dünyanın hər yerindən 80 mindən çox istifadəçi uğursuzluqdan şikayətlənib. Əksəriyyət (71 faiz) proqramla bağlı problemlərlə üzləşib. Bəziləri (23 faiz) saytın nasazlığından, qalanları (6 faiz) serverə qoşulma problemindən narazılıq edib.

Uğursuzluq ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya və digər ölkələrdən olan istifadəçilərə təsir edib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*