Xaçikyan: “Bundan sonra nə Rusiya, nə də İran bizə kömək edə biləcək”backend

Xaçikyan: “Bundan sonra nə Rusiya, nə də İran bizə kömək edə biləcək”

“Ermənistanda sülh müqaviləsinin əksinə olanların sayı çoxdur və onlar hesab edirlər ki, Azərbaycan şərtləri altında imzalanacaq sülh müqaviləsi erməni dövlətçiliyinin sonu deməkdir”.

KONKRET.az xəbər verir ki, erməni politoloq Artur Xaçikyan da hesab edir ki, Bakının tələblərinin yerinə yetirilməsi Ermənistanın faciəsi olacaq: “2018-ci ilə qədər çoxlu səhvlərə yol verilib. Amma xarici siyasət düzgün qurulmuşdu. Ən azı Qərblə yaxşı münasibətlərimiz var idi və biz Rusiya ilə fəal əməkdaşlıq edirdik. Bununla da Türkiyənin bölgədəki gücünü və təsirini balanslaşdıra bilirdik. 6 il əvvəl Ermənistan de-fakto rasional xarici siyasətdən əl çəkdi, biz emosiyalarla düşünməyə başladıq.

Transformasiyalar nəticəsində Ermənistan mühüm problemlərlə üzləşdi və hökumət onları birtərəfli güzəştlər yolu ilə həll etməyə çalışır. Heç bir ölkə ərazisini və həyatını qurban verərək, sülh müqaviləsinin imzalanmasına nail olmağa çalışmadı”.

Xaçikyan vurğulayıb ki, Qarabağı təslim etməklə indiki hakimiyyət Ermənistan ərazisini hücuma məruz qoyub: ”Növbə Zəngəzura çatıb. Yəni biz güc potensialımızı azaltdıq, daha həssas olduq. Rəqib üstünlüklər qazanıb və bu o deməkdir ki, dayanmayacaq. Xüsusən də o şəraitdə ki, Azərbaycan təkcə son 100 ildə erməni xalqını 5 dəfə məhv etməyə cəhd edib”.

Onun sözlərinə görə, indiki siyasi komanda hakimiyyətdə qalacaqsa, Ermənistanın Gürcüstana çıxışı kəsiləcək, Zəngəzurun tamamilə itirilməsinə səbəb olacaq. Ekstrateritorial dəhlizlər açılacaq. “Bundan sonra nə Rusiya, nə də İran bizə kömək edə biləcək. Biz dövlətçiliyimizi itirəcəyik. Bu, geridönüşü olmayan nöqtəyə çevriləcək”.

Xaçikyan hesab edir ki, Ermənistanın hələ şansı var və bu şans real tərəfdaşlarla əməkdaşlıqdadır. Politoloq real faydaları mədəni üstünlüklərlə qarışdırmamağa çağırıb və Vaşinqtona qaçmamaq, İranla əməkdaşlığa diqqət yetirməyi zəruri hesab edib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*