Xaçikyan: “Rusiya ilə münasibətlərimiz hələ uzun illər düzəlməyəcək”backend

Xaçikyan: “Rusiya ilə münasibətlərimiz hələ uzun illər düzəlməyəcək”

“Mən başa düşürəm ki, erməni tərəfi bir sıra səhvlərə yol verib və  qəbuledilməz addımlar atıb. Eyni zamanda, sülhməramlıların gözü önündə baş verən son hadisələr Rusiya ilə münasibətlərimizə çox güclü zərbədir”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan mətbuatına mühasibəsində politoloq Artur Xaçikyan deyib. Qeyd edib ki, bu vəziyyət hələ uzun onilliklər Ermənistan-Rusiya münasibətlərini zəhərləyəcək.

“Ruslar deyirlər ki, əgər siz Qarabağı Azərbaycanın bir hissəsi hesab edirsinizsə, biz məsuliyyəti üzərimizə götürməyəcəyik. Və o zaman Rusiya sülhməramlılarının orada qalmalarının mənası yoxdur”, – deyə Xaçikyan bildirib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*