Xaçmaz sakinləri ağacların başında özlərinə təhlükəli şərait qurublar – Ağsaqqallar ŞİKAYƏT edir – VİDEObackend

Xaçmaz sakinləri ağacların başında özlərinə təhlükəli şərait qurublar - Ağsaqqallar ŞİKAYƏT edir - VİDEO

“Azərişıq” ASC-nin Xaçmaz Elektrik Şəbəkəsinin fəaliyyəti rayon sakinlərini boğaza yığıb. Bu dəfə Gödəkli kəndinin sakiləri dilə gəlib.

Uzun illər enerji təsərrüfatı sahəsində problemlərlə baş-başa qalan kəndlilər KONKRET.AZ-a üz tutub.

Onlar bildirir ki, Gödəkli kəndində qoyulan transformator 60-70-ci illərə aiddir. Hər an təhlükə saçan bu elektrik paylayıcısının qoruyucuları yoxdur. Əvəzində qovşaq dəmir tellərlə bağlanıb. Bu isə o deməkdir ki, qəza baş verərsə, transformator cərəyandan ayrılmayacaq.

Təhlükə saçan daha bir hal elektrik naqillərinin şalbanlar əvəzinə ağaclara bağlanmasıdır. Hətta kəndin istənilən ərazisində bu mənzərəni görmək mümkündür.

KONKRET.AZ kənd sakinlərinin şikayətlərini əks etdirən videogörüntünü təqdim edir:

Hazırladı: Cəlal FƏRZƏLİYEV, Günel MUSEYİB 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*