Xaçmazda 4 kəndi birləşdirəcək yol çəkilir – FOTOLAR/VİDEObackend

Xaçmazda 4 kəndi birləşdirəcək yol çəkilir - FOTOLAR/VİDEO

Xaçmazda Uzunoba, Tikanoba, Mənçəroba və Çiləgir kəndlərini birləşdirəcək yeni avtomobil yolu çəkilir.

İş icraçısı Əkrəm Kərimovun KONKRET.az-ın şimal rayonları üzrə bölgə müxbirinə bildirdiyinə görə, 5 km yarım uzunluğunda yola 6 metr enində ikiqat asfalt vurulacaq.

Hazırda asfaltda hazırlıq işləri gedir. Təxminən 1 aya yolun birinci qatının asfaltlanma işi yekunlaşacaq.

Hazırladı: Cəlal FƏRZƏLİYEV, GÜNEL MUSEYİB

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*