Xaçmazda avtomobil ağaca çırpıldı, xəsarət alanlar varbackend

Xaçmazda avtomobil ağaca çırpıldı, xəsarət alanlar var

Xaçmazda avtomobil ağaca çırpılıb.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Arzu kəndindən keçən hissəsində baş verib.

Belə ki, BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil ağaca çırpılıb. Qəza nəticəsində Xaçmaz rayonunun Yergüc kənd sakinləri – 1997-ci il təvəllüdlü Turan Elman oğlu Məhərrəmov və 1998-ci il təvəllüdlü Hüseyn Faiq oğlu Məhərrəmov müxtəlif xəsarətlər alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. H.Məhərrəmovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, qəzaya yolun sürüşkənliyi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*