Xaçmaz rayonunun fındıq toplayan 3 nəfər çaqqalların hücumuna məruz qalıb.
KONKRET.az xəbər verir ki, hadisə Əhməd-oba kəndində həyətyanı sahədə baş verib.
Xəsarət alan şəxslər, 69 yaşlı V.Məmmədəliyeva, 54 yaşlı İ.Hacıyev və 54 yaşlı X.Quliyeva Xaçmaz rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Onlara tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub.