Xaçmazda DƏHŞƏT – Dəmir yolunda gənc oğlanın parçalanmış meyiti tapıldıbackend

Xaçmazda DƏHŞƏT - Dəmir yolunda gənc oğlanın parçalanmış meyiti tapıldı

Xaçmazda gənc oğlanın parçalanmış meyiti tapılıb.

KONKRET.AZ xəbər verir ki, Xaçmaz rayon Çarxı kəndi ərazisindəki dəmir yolu xəttində kənd sakini, 1999-cu il təvəllüdlü Mehtiyev Ağacan Maqsud oğlunun çılpaq vəziyyətdə hissələrə bölünmüş meyiti dəmir yolu xəttinin arasında aşkar edilib.

Meyitə baxış keçirilərkən məlum olub ki, A.Mehtiyevin ayaqları bədənindən ayrılıb, sağ ayaq meyitin yanında, sol ayağı isə meyitdən 32 metr kənarda aşkar edilib.

Araşdırmalar zamanı məlum olub ki, A.Mehtiyev yük qatarı ilə vurulub.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyini pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.

İstintaqla A.Mehtiyevi vuran yük qatarı müəyyən edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*