Xaçmazda maskalı soyğunçu həbs edildi – VİDEObackend

Xaçmazda maskalı soyğunçu həbs edildi - VİDEO

Xaçmazda öz həmkəndlisinin evinə girərək onu bıçaqla hədələyib pul tələb edən şəxs polis tərəfindən həbs edilib.

KONKRET.az-ın şimal bölgə müxbirinin verdiyi xəbər görə, rayon sakini 1996-cı il təvəllüdlü Nizamov Tamerlan Eynulla oğlu həmkəndlisi Balayev Rəşad Rafik oğlunun fərdi yaşayış evinə girib, onu bıçaqla hədələyərək pul tələb edib. Tamerlan Nizamov bir neçə dəqiqə ev sahiblərinə həyəcanlı anlar yaşadıb. Onlar dərhal polisə məlumat veriblər. Aparılan operativ əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs xaçmaz polisi tərəfindən saxlanılıb.

Gecə saatlarında baş verən hadisə müşahidə kameraları tərəfindən lentə alınıb. Qeyd edək ki, hadisəni törədən Tamerlan Nizamov bundan əvvəl də məhkumluq həyatı yaşayıb – o, öz qardaşını qətlə yetirdiyinə görə məsuliyyətə cəlb edilib.

Şübhəli şəxsin saxlanılması zamanı lentə alınmış görüntüləri sizə təqdim edirik:

Müxbir: Cəlal FƏRZƏLİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*