İrəvan məhkəməsi biznesmen, “Tashir Group” şirkətinin sahibi Samvel Karapetyanın həbs müddətini iki ay uzadıb.
KONKRET.az xəbər verir ki, məlumatı Ermənistan mediası yayıb.
Xatırladaq ki, iyunun 18-də Samvel Karapetyan Ermənistanda saxlanılıb və respublikada hakimiyyəti ələ keçirməyə açıq çağırışlarda ittiham olunub. İrəvan məhkəməsi Rusiya vətəndaşlığı olan iş adamını iki ay müddətinə həbs edib. İyulun 3-də Ermənistan parlamenti hökumətə Karapetyanın “Ermənistanın elektrik şəbəkələri” şirkətini milliləşdirmək hüququ verən qanun qəbul edib.
Qeyd edək ki, Karapetyan Ermənistanda Rusiyanın maraqlarının təmsilçisi kimi qəbul olunur.