Xaçmazda meyiti tapılan qadının öldürüldüyü ehtimal olunur – YENİLƏNİBbackend

Xaçmazda meyiti tapılan qadının öldürüldüyü ehtimal olunur - YENİLƏNİB

Xaçmaz rayonunun Yergüc kəndində yaşadığı evdə meyiti tapılan şəxsin kimliyi məlum olub.

KONKRET.az-ın məlumatına görə,  üzərində zorakılıq əlamətləri olan 1958-ci il təvəlludlu Səfurə Əlişah qızı Balacayevanın meyiti yaşadığı evdə aşkarlanıb.

Onun ilkin olaraq baş nahiyəsinə vurularaq qətlə yetirildiyi ehtimal edilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və meyit tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Xaçmaz rayonunda qadının meyiti yaşadığı evdə tapılıb.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Yergüc kəndində qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı qadının meyiti yaşadığı evdə aşkar olunub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*