Xaçmaz rayonunun Qadaşoba kəndində baş verən dəhşətli qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, 43 yaşlı Kifayət Nadir qızı Lətifovanın kəsici alətlə qətlə yetirilməsi ilə bağlı araşdırmalar zamanı onun oğlu, 15 yaşlı E. Lətifov cinayət əməlini törətməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılıb.
Yeniyetmə istintaq orqanlarına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.