Xaçmazın yeni İcra başçısı 10 kəndi əhatə edən tapşırıq verdibackend

Xaçmazın yeni İcra başçısı 10 kəndi əhatə edən tapşırıq verdi

Yeni icra başçısı kütləvi abadlıq işlərinə start verib.

KONKRET.AZ-ın Şimal bölgə müxbirinin verdiyi məlumata görə, 20 küçə asvaltlanacaq,10 kəndin elektrik xətləri və naqilləri yenilənəcək.

Xaçmazın yeni təyin edilən icra başçısı rayon ərazisində insanları ən çox narazı salan insfrastruktur lahiyyələrinin icrasına strat verib. İlkin olaraq 20 küçənin asfalt örtüyünün yenilənməsi nəzərdə tutulub.

Bundan başqa 10 kəndin elektrik dirəkləri və naqillərinin yenilənməsi planlaşdırılıb. Hələlik bu istiqamətdə işlər davam etdirilir.

Ötən həftə icra başçısı Elnur Rzayev Xudat şəhər sakinləri ilə səyyar görüşü zamanı vətəndaşların qaldırdığı kommunal problemlərin icrası üçün də işlərə başlanılıb.

Qeyd edək ki, həmin görüşdə vətəndaşların, əsasən içməli su və kanalizasiya sistemində yaşanan problemləri daha çox üstünlük təşkil etmişdi.

Müxbir: Cəlal FƏRZƏLİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*