Xakerlər ÜST, Uhan laboratoriyası və Bill Qeyts Fondunun elektron poçt ünvanlarını oğurladıbackend

Xakerlər ÜST, Uhan laboratoriyası və Bill Qeyts Fondunun elektron poçt ünvanlarını oğurladı

Ümumdünya Səhiyyə Təşkilatının, Uhan Virusologiya İnstitutunun laboratoriyası, Bill Qeyts Fondu, ABŞ Milli Səhiyyə İnstitutu və digərlərinin 25 minə yaxın e-poçt ünvanı və şifrələri İnternetdə yerləşdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə aprelin 22-də Washington Post qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, onları kimin yerləşdirdiyi məlum deyil, lakin bu təşkilatlara hücum edən sağçı fəallar üçün bir yem olub.

İnternet ekstremizmi izləyən SITE Intelligence Group-dan verilən məlumata görə, naməlum şəxslər Milli Səhiyyə İnstitutlarına, Ümumdünya Səhiyyə Təşkilatına, Qeyts Fonduna və koronavirus pandemiyası ilə mübarizə aparan digər qruplara aid olduğu iddia edilən 25 minə yaxın e-poçt ünvanı və şifrəni dərc ediblər.

SITE, e-poçt ünvanlarının və şifrələrinin həqiqiliyini yoxlaya bilməsə də, qrup məlumatın Bazar və Bazar ertəsi günlərində yayımlandığını və demək olar ki, dərhal sağçı ekstremistlər tərəfindən təcavüz və təhqir etmək üçün istifadə edildiyini bildirib.

Avstraliya kibertəhlükəsizliyi mütəxəssisi Robert Potter ÜST-nin elektron poçt ünvanlarının və şifrələrinin gerçək olduğunu yoxlaya bildiyini söyləyib.

Hələlik ÜST və digər təşkilatlar vəziyyətlə bağlı şərh verməyib. Qeyts Fondu bir açıqlamada “Məlumatların qorunması tətbiqetmələrimizə uyğun olaraq vəziyyəti izləyirik. Hazırda fondda məlumat sızması barədə heç bir sübutumuz yoxdur” deyib.

Federal Təhqiqat Bürosu şərh verməkdən imtina edib.

Babək Göyüş                                          

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*