Sentyabrın 1-dən Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicə alan 2011-ci il təvəllüdlü pasiyent (kişi cinsli) göstərilən zəruri tibbi xidmətlərdən sonra sağlam şəkildə Sosial Xidmətlər Agentliyinin əməkdaşlarına təhvil verilib.
KONKRET.az bildirir ki, bu barədə teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, azyaşlı Sabunçu rayon ərazisində baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən tibb müəssisəsinə hospitalizasiya olunmuşdu.
Onda bədənin müxtəlif nahiyələrində çoxsaylı xəsarət izləri (çapıq və şırımlar), saçlı dəridən alın-təpə nahiyəsinə qədər saçsız hissə və çapıq toxuması, sol kürək nahiyəsində, sol əl pəncəsində ödəm qeydə alınıb, ixtisaslı həkim və laborator-diaqnostik müayinələrdən sonra zəruri müalicə prosedurları icra olunub.