Xaldun Xəlifə əl Mübarək Ermənistana böyük məbləğdə investisiya qoyacaqbackend

Xaldun Xəlifə əl Mübarək Ermənistana böyük məbləğdə investisiya qoyacaq

Sarkisyanla görüşdə əsasən bu məsələlər müzakirə edilib

Ermənistan prezidenti Armen Sarkisyan “Mançester Siti”nin prezidenti, dünyanın ən böyük investisiya şirkətlərindən biri olan “Mübadala”nın rəhbəri Xaldun Xəlifə əl Mübarəklə görüşüb. Konkret.az Ermənistan Prezidentinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, Mançesterdə keçirilən görüş zamanı “Mübadala” şirkəti ilə əməkdaşlıq perspektivləri və şirkət tərəfindən Ermənistanda investisiya proqramlarının həyata keçirilməsi imkanları müzakirə edilib. “Mübadala” İnvestisiya Şirkəti əsasən yüksək texnologiyalar, telekommunikasiya, enerji, səhiyyə, daşınmaz əmlak, infrastruktur, təhsil və elm sahələrində fəaliyyət göstərir. Xaldun əl-Mübarək İngiltərənin “Manchester City”-nin sahibi olduğu “The City Futbol Group” Holdinqinin fəaliyyəti barədə Prezident Armen Sarkisyana danışıb. Bu çərçivədə Ermənistanda futbolun inkişafına yönəlmiş proqramların həyata keçirilməsi imkanları da müzakirə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*