Xalq artisti koronavirusa YOLUXDUbackend

Xalq artisti koronavirusa YOLUXDU

Kamança ustası, Xalq artisti Şəfiqə Eyvazova koronavirusa (COVID-19) yoluxub.

KONKRET.az xəbər verir ki, bu barədə APA-ya Xalq artisti özü məlumat verib.

O, bir həftə əvvəl Mərkəzi Gömrük Hospitalına yerləşdirildiyini bildirib: “Hazırda burada müalicə alıram. Həkimlər səhhətimin yaxşılaşmağa doğru dəyişdiyini deyirlər. Sağ olsunlar, əllərindən gələn köməkliyi göstərməyə çalışırlar”.

Qeyd edək Xalq artisti həyat yoldaşı, kamança ifaçısı Arif Əsədullayev də koronavirusa yoluxub, hazırda ev şəraitində müalicə alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*