“İlk olaraq mənim üçün narahat olan, səhhətimi diqqətdə saxlayan bütün media işçilərinə təşəkkür edirəm. Hər biriniz çox sağ olun”.
KONKRET.az xəbər verir ki, unu Oxu.Az-a açıqlamasında bu gün xəstəxanadan evə buraxılan Xalq artisti Şahnaz Haşımova bildirib.
“Bu gün xəstəxanadan çıxdım, hazırda evdəyəm. Yaxşıyam, qan təzyiqim və şəkərim yerindədir. Hörmətli həkimlərimiz məni bir daha tam müayinə etdilər, yoxladılar və sağlam şəkildə evimizə göndərdilər. Müalicə aldığım Gəncə Beynəlxalq Xəstəxanasının rəhbərliyinə, həkimlərə, bütün tibb bacılarına, texniki personala, həmçinin bizim səhiyyə idarəsinin rəisi İlkin həkimə çox təşəkkür edirəm. Mənim üçün narahat oldular, zəhmət çəkdilər, bir sözlə, mənim həyatımı xilas etdilər.
Dövlət başçımıza ailəmiz və Gəncəmiz adından xüsusi təşəkkür edirəm ki, bizim şəhərimizdə bu cür yüksəkşəraitli xəstəxanalar və həkimlər var. Sağ olsun möhtərəm Prezidentimiz ki, bizi, sənət adamlarını həmişə belə hörmətli tutur, ondan hər zaman xüsusi diqqət görürük. Ümumiyyətlə, incəsənət xadimləri hər zaman dövlətimizin və birinci xanım Mehriban Əliyevanın diqqətindədir. Prezidentimizə və Mehriban xanıma cansağlığı arzulayıram”, – deyə Ş.Haşımova qeyd edib.
