Xalq artisti Ramiz Novruz xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
KONKRET.az-ın məlumatına görə, o, APA-ya açıqlamasında bildirib ki, hazırda vəziyyəti yaxşıdır: “Ciddi bir şey olsa belə, hər şey nəzarətdədir. İşə gedirəm. Ayın 30-na tamaşa salıblar.
Evdəyəm, xəstəxanada deyiləm. Evdə dərman qəbul edirəm. Hazırda mədəmdə möhkəm soyuqdəymə olub. Ondan müalicə alıram, vəssalam”.
Qeyd edək ki, ötən gün Xalq artistinin mədə xərçəngi diaqnozu ilə xəstəxanaya yerləşdirilildiyinə dair məlumatlar yayılmışdı.
01:08
Xalq artisti Ramiz Novruzda xərçəng aşkarlanıb.
KONKRET.az-ın Manset.az-a istinadla məlumatına görə, məşhur aktyorda xərçəng aşkarlanıb və ona mədə xərçəngi diaqnozu qoyulub.
Hazırda aktyorun vəziyyəti ağırdır. Xalq artistinin müalicəsinin Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldüyü qeyd edilib. Bu barədə aktyorun oğlu Cavidan Novruz bildirib.