“Dünən sənətə gələn özünü sənətkar adlandırır.”
KONKRET.az xəbər verir ki, bu fikirləri tanınmış aktrisa, Xalq artisti Fatma Mahmudova “Günə uğurla” verilişində səsləndirib. Aktrisa sənətdən yetərincə anlayışı olmayan bəzi şəxslərin qısa zamanda “göylə getdiyini” bildirərək, bu yanaşmanı sərt tənqid edib.
Onun sözlərinə görə, sənət adamına dəyəri özünün deyil, ona kənardan baxanların — tamaşaçıların və xalqın verməsi daha doğrudur:
“Dünən sənətə gələnlər bu gün özlərini sənətkar adlandırırlar. Qoy insana kənardan baxanlar qiymət versin. Sadəlik çox gözəl xüsusiyyətdir. Mən heç vaxt özümə sənətkar deməmişəm, deyirəm ki, adi aktrisayam. Amma xalqım məni sevirsə, bundan böyük dəyər və mükafat ola bilməz.” (publika.az)
