Birinci: Sən hansı ağılla özünü ümummilli liderimiz Heydər Əliyevdən üstün tutursan? Axı Heydər Əliyev 1995-ci ilin avqustunda “Xalq qəzeti”nin 75 illiyinə” adlı təbrik məktubunda qeyd edirdi ki, bu qəzet “Kommunist”adıyla nəşr olunanda da xalqa xidmət edirdi, “Xalq qəzeti” adıyla çıxanda da. Yəni səndən fərqli olaraq, ulu öndər bu qəzetin məhz o qəzetin davamı, varisi olduğunu yaxşı bilirdi. Heydər Əliyevin dediklərini təkzib etməyə girişsən, çox dərinə getmiş olarsan.
Üçüncü: Doxsanıncı illərin sonlarında siyasətdən yazan jurnalistlərin bəzilərini həftədə bir dəfə Prezident Administrasiyasına çağıraraq dövlətçiliyimizi möhkəmləndirmək məqsədiylə rəsmi təbliğatın istiqamətlərini göstərirdilər. Mahal İsmayıloğlu Mahir Nəbili ilə məni göndərirdi, Əmir Mustafayev isə başqa bir müxbirlə səni. Sən orada ruçkanın arxasını stola döyə-döyə dəfələrlə demişdin ki, bu xalqın və dövlətin düşmənləri burada – bu binadadır. Kimləri nəzərdə tuturdun?
Biz artıq son otuz ilin mühüm və yeni dövrünə qədəm qoymuşuq. Dövlət başçımız çox möhtəşəm ictimai-siyasi proseslər və dünya miqyaslı tədbirlər içərisində haqq yolumuzu, ədalətli mövqeyimizi qorumaqla özünün qətiyyətini, xalqımızın gücünü nümayiş etdirir. Bir tərəfdən də Makron və makronkimilər qanımızı içməyə hazır olduqlarını göstərirlər. İndi Ermənistanda “Azərbaycanın rəsmi qəzetləri bir-birini didirlər” manşetli yazılar görünsə , sənə bir konfet göndərən olacaqmı? Yəqin hamı kimi sən də görmüsən. Uzaq yolda maşını xarab olan sürücüyə digər həmkarları səmimi qəlbdən kömək edirlər. Sürücü qədər də peşə təəssübkeşliyin olmadımı?
Suallar çoxdur. Amma biz Bəxtiyar Sadıqov deyilik ki, öz həmkalarımızın normal iş ahənginə mane olaq…”.