Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda torpağa tapşırılıb.
KONKRET.az xəbər verir ki, o, qardaşı mərhum xalq yazıçısı Maqsud İbrahimbəyovun yanında dəfn edilib.
Dəfn mərasimdə mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və incəsənət xadimləri, dövlət rəsmiləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
13:03
Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi başa çatıb.
KONKRET.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və incəsənət xadimləri çıxış ediblər.
Onlar R.İbrahimbəyovla bağlı xatirələrini bölüşüblər, onun Azərbaycanın kino, teart və ədəbiyyatı sahəsindəki böyük xidmətlərini vurğulayıblar, Xalq yazıçısının ölümünü ağır itki kimi qiymətləndiriblər.
***
12:15
Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir.
KONKRET.az xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edir.
Vida mərasimindən sonra mərhumun cənazəsi dəfn olunmaq üçün I Fəxri xiyabana aparılacaq.
Xatırladaq ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-i Vətənə gətirilib./report/