“Xalqım məni istəmirsə, yalandan seçkilərdə iştirak etməyin nə mənası var?” – GENERALbackend

"Xalqım məni istəmirsə, yalandan seçkilərdə iştirak etməyin nə mənası var?" - GENERAL

“Deputatlığa namizəd olmaq üçün xalqın arzusu və istəyi olmalıdır. Deputatı xalq seçir. Əgər xalqımız məsləhət bilsə və mənə təklif etsələr, o zaman mən də namizədliyimi irəli sürərəm”. 

KONKRET.az xəbər veirr ki, bu fikirləri Milli Məclisin V çağırış deputatı, ehtiyyatda olan general-leytenant Əliağa Hüseynov bildirib.

Əliağa Hüseynov deyib ki, xalqdan istək olmasa, deputatlığa namizəd olmayacaq:

“Əgər xalqım mənim seçilməyimi istəmirsə, o zaman yalandan seçkilərdə iştirak etməyin nə mənası var? Mən tam əmin olsam ki, xalq məni istəyir, o zaman deputatlığa namizəd olaram. Ancaq hələ ki, mənə elə bir təklif edən kütlə yoxdur. Salyanın digər deputatı olmuş Fəzail Ağamalıya da uğurlar arzu edirəm. Yəqin ki, onu xalq istəyir, o da deputatlığa namizədliyini irəli sürür. Allah hər kəsin canını sağ etsin!”.

Zaur Hacılı

Demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*