Xamenei: İsrail bir xərçəng şişidir, məhv ediləcəkbackend

Xamenei: İsrail bir xərçəng şişidir, məhv ediləcək

İranın Ali dini lideri Xamenei İsrailə qarşı yeni təhdidlər səsləndirib.

KONKRET.az xəbər verir ki, Ramazan ayının son cümə günü qeyd olunan Əl-Qüds Gününə həsr olunmuş bir çıxışında İran İslam Respublikasının Ali dini lideri Əli Xamenei İsrailin “Yaxın Şərqin bədxassəli xərçəngi” olduğunu qeyd edib.

“Sionist rejim (İsrail) – Yaxın Şərqdə bədxassəli xərçəng şişidir. Son illərdə Fələstini işğal etmək qədər bəşəriyyətdə heç bir cinayət olmayıb” deyib.

İran lideri “nəhayət, İsrail problemini həll edəcəyik” bildirib.

İran rəhbərliyinin bunu necə həyata keçirmək niyyətində olduğunu Xamenei izah etməyib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*