Xamenei: “İsrail harada qalib olub?”backend

Xamenei: “İsrail harada qalib olub?"

Bu gün İranın ali rəhbəri Əli Xamenei şairlərlə görüşündə Əsəd rejiminin süqutunu, eləcə də Həsən Nəsrullahın ölümünü qəbul etməyərək deyib ki, İsrail özünü qalib kimi göstərir.

KONKRET.az xəbər verir ki, bu barədə “Tasnim News” nəşri yazıb.

“İsrail harada qalib olub? Qəzzada qalib gələ bilib? HƏMAS-ı məhv edib? Hizbullahı məhv etmək istədiyini açıqladı, Həsən Nəsrullahı öldürdü, amma Nəsrullahın ruhu yaşayır. HƏMAS ayaqdadır. İsrail qalib deyil, məğlubdur”, – deyə Xamenei vurğulayıb.

İranın dini rəhbəri Suriyadakı hadisələrə də toxunaraq bildirib ki, İsrail orada da qələbə qazanmayıb və Suriyanın cəsur və qeyrətli gəncləri onları bu ölkədən qovacaq.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*