İran Prezidenti Məsud Pəzeşkiyanın sərəncamı ilə Əli Laricani Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin olunub. O, bu vəzifədə Əli Əkbər Əhmədiyanı əvəzləyib.
KONKRET.az xəbər verir ki, Təyinat bölgədə və dünyada artan gərginlik fonunda həyata keçirilib. Xüsusilə ABŞ-ın keçmiş prezidenti Donald Trampın İrana qarşı səsləndirdiyi yeni hədələrdən sonra, ölkənin təhlükəsizlik strukturlarında ciddi dəyişikliklərə ehtiyac duyulduğu bildirilir.
Qeyd edək ki, İranın Ali Təhlükəsizlik Şurası yeni bir qurum – Müdafiə Şurasının yaradılmasına da qərar verib. Bu şura ölkənin müdafiə siyasətini koordinasiya edəcək və xarici təhdidlərə qarşı tədbirlərin görülməsi ilə məşğul olacaq.
Əli Laricani daha əvvəl parlamentin spikeri vəzifəsində çalışıb və İran siyasi elitasında nüfuzlu fiqurlardan biri hesab olunur.
Natiq Səlim,
KONKRET.az