“Ermənistanın hərbi qulluqçuları yaxın günlərdə, hətta ola bilər ki, yaxın saatlarda ölkəmizə təhvil verilə bilər”.
KONKRET.az xəbər verir ki, bu sözləri Mülki Müqavilə fraksiyasının deputatı, Xarici Əlaqələr Komissiyasının rəhbəri Sarkis Xandanyan parlamentdə jurnalistlərə bildirib.
“Düşünürəm ki, qayıdış bir neçə gün və ya hətta bir neçə saatlıq məsələdir”, – deputat bildirib.
Xandanyanın sözlərinə görə, mübadilə Ermənistan-Azərbaycan sərhədində baş tuta bilər. Məsələ ilə bağlı razılığa gəlmək üçün danışıqların vaxtına gəlincə, o, müzakirələrin ötən həftələr ərzində aparıldığını deyib.
Deputat həmçinin ümidvar olduğunu bildirib ki, dünənki qərar sülh müqaviləsinin bağlanması prosesini sürətləndirmək üçün növbəti stimul olacaq.
Erməni deputat yaxın vaxtlarda Azərbaycanla sülh sazşinin imzalanmasını da mümkün hesab edir. O qeyd edib ki, Azərbaycan Prezident Administrasiyası ilə Ermənistan Baş naziri Aparatının birgə açıqlaması buna müsbət zəmin yaradır.
Onun sözlərinə görə, bu açıqlama sülh sazişinin imzalanmasına müsbət təsir göstərə bilər: “Çünki açıqlamada ən azı müsbət ifadələr var və bu da gələcək danışıqların daha rahat keçməsinə kömək edə bilər”.
Natiq Səlim,
KONKRET.az